Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri (1992-93), Ermənistan parlamentinin keçmiş sədri Xosrov Harutyunyan deyib.
“Hakimiyyətin bu davranışından indi biz hansı mesajı alırıq? Peraşki yemək ölkəmizin təhlükəsizlik problemi olmadığını göstərir? Əlbəttə ki, xeyr. 44 günlük müharibədən sonra yaranan problemlər həll olunmayıb. Zod-Xəzinəvardan Noyemberyan-Aqarak sektoruna qədər bütün mövqelərimiz rəqib müşahidəsi altındadır. Bütün bu sadaladıqlarım bizim üçün təhlükəsizlik təhdidi deyilmi? Bu yaxınlarda Azərbaycan İran sərhədinə toplanmış İran qoşunlarını təhdid kimi qiymətləndirdi. Dövlətinin təhlükəsizliyindən az-çox narahat olan rəhbər dərk etməlidir ki, strateji yüksəklikləri ələ keçirmiş rəqib böyük üstünlüyə malikdir və bu vəziyyətdə belə uşaqcasına davranış Ermənistan rəhbərinə xas ola bilməz”, - deyə Harutyunyan qeyd edib.
Harutyunyan mümkün qaçqın axınına toxunaraq bildirib: “Tutaq ki, qaçqın axını oldu, Ermənistan hakimiyyəti, nə edəcəksiniz? Vəziyyətə nəzarət edə bilməmək hətta Ermənistan rəsmilərinin danışığından da hiss olunur. Hakimiyyət bu gün yaranan təhdidlərə qarşı adekvat deyil, baş verə biləcək inkişaflar baxımından məsuliyyətsizdir.
Söhbət sıravi vətəndaşdan yox, qonşu İranda yüzlərlə uşaq dəfn olunarkən qonşu Gürcüstanda təbil çalan ölkə rəhbərindən gedir. Bundan ancaq ağrı duymaq lazımdır”.
O qeyd edib ki, əhəmiyyət baxımından Ermənistan üçün ən əlverişsiz qərar Nikol Paşinyan və Vağarşak Harutyunyanın 2020-ci il 17 dekabr tarixli qərarı olub.
“Qoşunları Qubadlıdan 17 km geri çəkdilər, bundan qısa müddət sonra “Qafan yüksəklikləri” təhvil verildi. 2020-ci il müharibəsinə qədər baş verənlər Qarabağ haqqında idi, lakin 10 noyabrdan sonra artıq Ermənistan haqqındadır”, - deyə Harutyunyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az