Sabiq erməni prezident: “Hakimiyyət qulaq assaydı və vəziyyəti düzgün qiymətləndirsəydi, biz Qarabağı itirməzdik”

2026/01/1769690828.jpg
Oxunub: 452     22:47     07 Mart 2026    
“Əgər Ermənistan hakimiyyəti qulaq assaydı, bir az anlamağa çalışsaydı və vəziyyəti düzgün qiymətləndirsəydi, biz Qarabağı itirməzdik”.

Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastının ilk buraxılışı zamanı Ermənistanın ikinci prezidenti, “Hayastan” alyansının lideri Robert Köçəryan deyib.

“Hakimiyyətin məsuliyyətsizliyi ağır nəticələrə gətirib çıxarır. Biz xalqı xəbərdar etməyə borcluyuq ki, çox ciddi problem var və əgər Ermənistan indi özünə ciddi yanaşmasa, daha böyük problemlə üzləşəcəyik”, - deyə Robert Köçəryan qeyd edib.

O, Ermənistan hakimiyyətinin nümayəndələrinin qonşu İranda başlayan müharibəyə ilk günlərdə verdiyi reaksiyanın onun üçün qəbuledilməz olduğunu bildirib və vurğulayıb ki, Ermənistan mümkün təhlükələrdən yayınmaq üçün ciddi addımlar atmalıdır.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryanın Nikol Paşinyanın bu günlərdə komanda üzvləri ilə “peraşki” yeyib sülh haqqında danışmağa davam etməsi ilə bağlı iradına cavab olaraq Köçəryan deyib:

“Keçmiş prezident kimi mənim üçün bu, çox ağır mənzərə idi: məsuliyyətsizlik və yüngül davranış. Əgər biz bu təhlükələri ciddi qəbul etmiriksə, onda Ermənistan üçün təhlükə nədir?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin