Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastının ilk buraxılışı zamanı Ermənistanın ikinci prezidenti, “Hayastan” alyansının lideri Robert Köçəryan bildirib.
“Cəhd ediblərmi zəng etsinlər, əlaqə yaratsınlar, təkliflər versinlər? Biz qonşu ölkələrik, maraqlarımız təhlükə altındadır. Mövqe ortaya qoymalı, ABŞ və Avropaya səsimizi çatdırmalı və deməliyik: dayandırın. Bu, başını quma soxub düşünmək vaxtı deyil ki, guya sən heç nə görmürsənsə, deməli səni də görmürlər. Mənim təklifim kreslonu qorumaq üçün yox, öz ölkənin təhlükəsizliyini təmin etmək üçün fəal siyasət aparmaqdır. Mən tam əminəm ki, Fars körfəzi ölkələri digər dövlətlərlə, o cümlədən ABŞ ilə gündəlik əlaqədədir və xəbərdarlıq edirlər ki, İsrail əslində məqsədinə çatıb, İranla həmin ölkələr arasında münasibətləri korlayıb. Təhlükə son dərəcə ciddidir və biz bu barədə danışmaya bilmərik”, - deyə o qeyd edib.
Ermənistanın ikinci prezidenti “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) məsələsinə də toxunaraq bildirib ki, o, bu təşəbbüsdən tamamilə imtina etməyi təklif etmir.
“Tramp yolu” haqqında danışanda mən demirdim ki, bundan tamamilə imtina etmək lazımdır. Mən təklif edirdim ki, onun miqyası genişləndirilsin, İranda düşmən münasibət olmayan, əksinə, dost münasibətlərə malik dövlətlər bu layihəyə cəlb edilsin. O halda “Tramp yolu”nun bizim qonşu İran tərəfindən qavranılması dəyişəcək və bu, düşmən təşəbbüsü kimi qəbul olunmayacaq”, - deyə Köçəryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az