Xorvatiya XİN: İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır

2026/03/1772816485.jpg
Oxunub: 310     20:14     06 Mart 2026    
Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.

Ordu.az xəbər verir ki, Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman bu barədə "X"dəki hesabında yazıb.

"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik" , - o bildirib.

Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:

"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Naxçıvan  


Bizi "telegram"da izləyin