Hakan Fidan Ankaranın Türkiyə və Azərbaycana hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib

2026/03/1772813651.jpg
Oxunub: 312     19:57     06 Mart 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.

Ordu.az bu ölkənin XİN-nə istinadən xəbər verir ki, nazirlər Yaxın Şərqdəki mövcud vəziyyəti və gərginliyin azaldılmasının mümkün yollarını müzakirə ediblər.

"Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla (İranın - red.) bağlı ciddi narahatlıq ifadə edilib", - məlumatda vurğulanıb.

XİN rəhbərləri həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.

"Danışığın yekunlarına əsasən, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlikləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub", - Qazaxıstan XİN qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qazaxıstan  


Bizi "telegram"da izləyin