ABŞ Konqresinin nümayəndələri Gürcüstana səfər ediblər

2026/01/1769594273.jpg
Oxunub: 347     14:12     28 Yanvar 2026    
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Gürcüstandakı səfirliyi Konqres heyətinin Gürcüstana səfəri ilə bağlı məlumat yayıb.

Ordu.az xəbər verir ki, səfirliyin açıqlamasına görə, heyət Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşəcək, həmçinin ölkədəki mövcud vəziyyətlə tanış olmaq məqsədilə Tserovanidəki məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsinə baş çəkəcək.

"Konqresin nümayəndə heyətini Gürcüstanda qəbul etməkdən məmnunuq. Regional səfər çərçivəsində nümayəndə heyəti həm rəsmi görüşlər, həm də sahə ziyarətləri həyata keçirəcək", – məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan  


Bizi "telegram"da izləyin