Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Partiya lideri Aram Sarkisyan “Facebook”da bildirib ki, baş nazirliyə namizəd özü olacaq. Onun fikrincə, Ermənistan parlamentində tam şəkildə Qərb dəyərlərini müdafiə edən siyasi qüvvə və ya həmin qüvvənin nümayəndəsi olmalıdır.
“Əslində hələ rəsmi qərar verməmişik, amma məncə, qərar vermək problemi də yoxdur. Çünki bu məsələ partiyamızda çoxdan həll olunub və müzakirə formal xarakter daşıyacaq. Şübhəsiz ki, baş nazirliyə namizəd mən olacağam və hesab edirəm ki, bu, qanunauyğundur. Bunu təkəbbür kimi qəbul etməyin, elə də deyil ki, baş nazirliyə namizəd olmağı arzulayıram.
Mən istəyirəm ki, ölkəmizin parlamentində tam şəkildə Qərb dəyərlərinə sadiq olan bir siyasi qüvvə təmsil olunsun, yalnız rusiyapərəstlər və balanslaşdırıcılar olmasın.
Hesab edirəm ki, bu kontekstdə bizim iştirakımız təkcə bizə yox, həm də ölkəyə, dövlətə faydalıdır və yeni formalaşacaq hakimiyyət üçün də faydalı olacaq”, - deyə Sarkisyan qeyd edib.
Xatırladaq ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı il iyunun 7-də keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az