Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Arman Azatyanın atası Vigen Azatyan deyib.
“Səhər tezdən bura gəlmişik ki, oğullarımızın məzarlarını təhqir etməsinlər. Bərbad vəziyyətdir, görünür, artıq Ermənistanda polis qalmayıb, hamısı buradadır, amma vəziyyət elədir ki, nə var, odur.
Düşünürəm ki, heç olmasa seçkilərdə xalq düzgün qərar versin. Türkün benzinini dolduranı yox, əsl erməni xalqını seçsinlər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az