Ordu.az xəbər verir ki, nu barədə Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.
“O cümlədən qeyd edim ki, bu fakt bütün riskləri ilə birlikdə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin müvafiq hesabatında da təsbit olunub.
Xatırlatmaq istəyirəm ki, eyni dövrdə Ermənistan hakimiyyəti cavab olaraq öz hərbi büdcəsini təxminən 15-16 faiz azaldıb. Hələ məcburi müddətli hərbi xidmətin azaldılması və mövcud vəziyyətə açıq şəkildə uyğun olmayan bir sıra digər addımlardan danışmıram.
Mən iddia etmirəm ki, bu və ya gələn il müharibə qaçılmaz olacaq. Lakin ən azı onu qeyd edirəm ki, Ermənistanla Azərbaycan arasında artıq pozulmuş hərbi balans davamlı şəkildə dərinləşir və bu da Bakıya Ermənistan üzərində birbaşa və dolayı təzyiq üçün çox böyük alətlər dəsti verir”, - deyə o yazıb.
Alpər Mövludoğlu
Ordu.az