Azərbaycan XİN: Soyqırımının qarşısının alınmasına, dini və etnik nifrətə qarşı mübarizəyə sadiqik

2025/11/1763122520.jpg
Oxunub: 316     10:38     27 Yanvar 2026    
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında post paylaşıb.

"27 yanvar – Beynəlxalq Holokostu Anma Günündə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinin qurbanlarını dərin ehtiramla yad edirik.

Biz soyqırımı və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına, dini və etnik nifrətə, eləcə də dözümsüzlüyün bütün formalarına qarşı mübarizəyə sarsılmaz sadiqliyimizi bir daha bəyan edirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN  


Bizi "telegram"da izləyin