“Hraparak”: Komanda artıq Paşinyana etibar etmir

2026/01/1769491734.jpg
Oxunub: 328     09:36     27 Yanvar 2026    
Müharibədən sonra Nikol Paşinyanın kosmik miqyaslara çatan qorxuları nə azalıb, nə də səngiyib, əksinə, günbəgün artıb və bu, hər addımda hiss olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, onun hərəkətləri üçün təkcə böyük bir polis qüvvəsi deyil, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dəstələri, gücləndirilmiş mühafizə ayrılır, hətta öz adamları və komanda üzvləri ilə görüşlər zamanı da sərt təhlükəsizlik tədbirləri görülür.

“Məsələn, hamının telefonlarını yığırlar. Lakin məlum olur ki, təkcə Paşinyan komandaya etibar etmir, komanda da ona güvənmir. Hökumət üzvlərindən öyrəndik ki, müəyyən vaxtdan sonra onlara hökumət iclaslarına mobil telefonlar olmadan gəlmələri tapşırılıb.

İclas iştirakçılarının telefonları yığılaraq hökumət binasının girişində xüsusi kilidlənən qutulara qoyulur. Oxşar qutular supermarketlərdə də var. Ancaq bu qutulara və Paşinyana az adam etibar etdiyi üçün iclasa gələnlər telefonlarını avtomobillərində saxlamağa başlayıb”, - deyə KİV bildirib.

Nəşrin mənbəsi etiraf edib ki, həmin müddətdə telefonların dinləniləcəyindən və ya məzmununun açılacağından qorxurlar.

“Hovik Ağazaryan hadisəsini heç kim unutmayıb və hökumət başçısının dürüstlüyünə artıq heç kim ümid etmir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin