Ermənistan KİV-i: Samvel Aleksanyan Azərbaycandan şəkər idxal etmək qərarı verib

2026/01/1769491593.jpg
Oxunub: 423     09:30     27 Yanvar 2026    
“Hökumətdəki mənbələrimiz bildirir ki, Azərbaycandan dördüncü dərəcəli taxıl və dizel yanacağının idxalı ilə paralel olaraq şəkərin idxalı məsələsi ilə bağlı da danışıqlar və işlər aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Bizə deyilib ki, bu məsələdə hazırkı hakimiyyətin sevimli oliqarxı, şəkər idxalının monopolisti Samvel Aleksanyan da maraq göstərir və yaxın gələcəkdə onun bu arzusu da faktiki olaraq gerçəkləşəcək”, - deyə nəşr bildirib.

KİV xatırladıb ki, Azərbaycandan taxıl idxal edən şirkət Samvel Aleksanyana məxsusdur, benzin idxalçıları arasında isə iş adamının həyat yoldaşı Şoğerinanın qardaşına məxsus, Samvel Mkrtçyanın sahibi olduğu “Şişa Uorld” şirkəti də var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin