Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşr qeyd edib ki, “Vətəndaş Müqaviləsi” partiyasına yaxın mənbələrin bildirdiyinə görə, Paşinyan partiya üzvlərini təxminən bu tərzdə hədələyib: “Dilinizə nəzarət edin, yoxsa Hripoya və Ağazaryana həsəd aparacaqsınız”.
“Deyilənə görə, bu, hələ hamısı deyil. O, tibb bacısının “pruskatı”nı bəhanə edərək hamını sərt şəkildə danlayıb və bildirib ki, yalnız özünü təsdiqləməklə məşğul olmaqdansa, iş görsünlər, əks halda bunun cavabını ağır şəkildə verəcəklər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az