Ordu.az xəbər verir ki, bunu Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinha Respublika Günü münasibətilə keçirilən qəbuldakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, il ərzində bir sıra nazirlər səviyyəsində səfərlər, o cümlədən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və iqtisadiyyat naziri cənab Qevorq Papoyanın səfərləri baş tutub.
“2025-ci ilin noyabr ayında isə tərəflər arasında hərtərəfli ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Hərbi-texniki əməkdaşlığı və potensialın gücləndirilməsini əhatə edən müdafiə sahəsindəki əlaqələrimiz inkişaf etməyə davam edib. Yüksək səviyyəli səfərlər, seminarlar, əməkdaşlıq təşəbbüsləri ilə yanaşı, hərbi təhsil və təlim proqramları da reallaşdırılıb”, - deyə Sinha qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az