Ermənistan KİV-i: Vətəndaş borc içində, Paşinyan aparatı isə milyonluq qrantlarla “rahat yaşayır”

2026/01/1768386474.jpg
Oxunub: 350     10:36     27 Yanvar 2026    
Nikol Paşinyanın aparatı bu yaxınlarda artıq ənənəyə çevrilmiş illik üç iri məbləğli “ulduz astronomiyası ölçüsündə” qrantı öz rahat həyatını və fəaliyyətini fasiləsiz və maneəsiz şəkildə davam etdirmək məqsədilə ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hansı DQKT nə qədər aldı? Vətəndaş, sən acsan, borcların altında əzilmisən, əsas olan isə Paşinyanın və onun komandasının yaxşı yaşamasıdır” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, belə ki, dekabrın 16-da dövlət büdcəsindən ilk iri məbləğli vəsait “Xidmət” Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) ayrılıb.

“Bu DQKT 487 milyon 897 min 500 dram (1 286 397,95 ABŞ dolları) məbləğində vəsait hesabına Baş nazirin aparatına birləşdirilmiş binaların, o cümlədən həmin binalarda yerləşən idarəetmə orqanlarının aparatlarının bina şəraiti ilə bağlı cari xidmət işlərini həyata keçirməlidir.

Dövlət satınalmalarının elektron sisteminə əsasən, bu DQKT-a qrantların ayrılmasına yalnız 2022-ci ildən sonra başlanılıb.

Növbəti qrant həmin gün “Hökumət iqamətgahlarının təsərrüfatı” DQKT-yə, daha çox “hökumət daçaları” adı ilə tanınan quruma ayrılıb. Bu DQKT cari ildə 621 milyon 340 min 100 dram (1 638 371,18 ABŞ dolları) alıb ki, yüksək vəzifəli məmurların idarəetmə mənzillərinin və ərazilərinin istismarı və xidməti, o cümlədən həmin iqamətgahların mebellə təchizatı və texniki yenidən qurulması təmin edilsin”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, üçüncü ən böyük dövlət dəstəyi, yəni qrant “İctimai əlaqələr və informasiya mərkəzi” DQKT-yə ayrılıb.

“Müxtəlif çevrələr bu qurumu “feyklər DQKT-si” adlandırırlar. Bu DQKT cari ildə “İctimai maarifləndirmə və ictimai-siyasi tədqiqatlar” tədbiri çərçivəsində 785 milyon 487 min 600 dram (2 071 069,93 ABŞ dolları) alıb.

Bir daha xatırladaq ki, Baş nazirin aparatı ona tabe DQKT-lərə iri qrantların ayrılması ənənəsini 2022-ci ildən formalaşdırıb.

“168.am” saytı ötən il də qrantlarla bağlı məlumatı dərc etmişdi. Qeyd edək ki, ötən il Baş nazirin aparatı “feyklər” DQKT-sinə “İctimai maarifləndirmə, ictimai-siyasi tədqiqatların aparılması” tədbiri çərçivəsində bir sıra fəaliyyətlərin icrası üçün 728 milyon 187 min 600 dram, yəni təxminən 1,8 milyon ABŞ dolları məbləğində “ulduz astronomiyası ölçüsündə” qrant ayırmışdı”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, hökumət bağ evlərinə isə 621 milyon 340 min 100 dram, yəni 1,5 milyon ABŞ dollarından artıq məbləğdə dəstək göstərilmişdi.

“Bu rəqəmlər xüsusilə Paşinyanın pensiyaçılarla bağlı son səs-küylü açıqlamaları fonunda daha qabarıq görünür. O iddia edirdi ki, pensiyaçılar pulu necə səmərəli xərcləməyi bilmirlər.

“Pensiyaçıların pensiyasını ayda 11 min dram və ya 10 min 400 dram artıraq. Pensiyaçı bu pulu nə edəcək? Bu pulu nəyə xərcləyəcək?”, - deyə Paşinyan bildirmişdi.

Məlum olur ki, Paşinyanın məntiqinin bir də əks tərəfi var: onlar isə pulu necə xərcləməyi yaxşı bilirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Pul  


Bizi "telegram"da izləyin