Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb

2025/12/1766947161.jpg
Oxunub: 542     22:35     28 Dekabr 2025    
Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Ordu.az-ın məlumatına görə, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilə təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.

Bundan əlavə, görüşdən sonra tərəflərin Avropa liderlərinə zəng etməsi də nəzərdə tutulub.

Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə beşinci səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin