Ərdoğan: "Tramp Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazırdır"

2025/02/1740592928.jpg
Oxunub: 345     14:56     26 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib.

Ordu.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə ABŞ Prezidenti Trampı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankaraya gəlsə, o da İstanbula və ya Ankaraya gələcək. Biz lazımi təmasları edəcəyik və inşallah, tezliklə görüşəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Tramp   Putin  


Bizi "telegram"da izləyin