Tramp və Zelenski NATO sammiti çərçivəsində görüşüblər - YENİLƏNİB

2025/06/1750857940.jpg
Oxunub: 569     18:43     25 İyun 2025    
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Donald Tramp Haaqada keçirilən görüşləri zamanı atəşkəsə nail olmaq və davamlı sülh üçün addımları müzakirə ediblər.

Ordu.az-ın məlumatına görə, bunu Zelenski öz teleqram kanalında bildirib.

"Prezident Trampla əhəmiyyətli olan bütün məsələləri əhatə etdik. Amerika Birləşmiş Ştatlarına təşəkkür edirəm. İnsanlarımızın necə qorunmalı olduğu barədə danışdıq. Diqqəti və sülhün yaxınlaşmasına kömək etmək istəyini qiymətləndiririk. Təfərrüatlar - sonra", - o yazıb.

***

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Lideri Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Ordu.az xəbər verir ki, bu barədə "RBK-Ukraina" məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl hər iki lider Haaqada görüşməyi planlaşdırdıqlarını bəyan etmişdilər. Xüsusilə, bu gün D.Tramp V.Zelenski haqqında müsbət fikir bildirərək qeyd edib ki, onlar Ukrayna üçün problemli məsələləri müzakirə edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin