Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB

2025/06/1750836606.jpg
Oxunub: 496     14:20     25 İyun 2025    
Qanunsuz özəlləşdirmə ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində güc strukturları Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovu, həmçinin onun bir çox qohumlarını və iş yoldaşlarını saxlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya nəşri "Kommersant" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

"Cinayət işi qanunsuz özəlləşdirmə ilə bağlı açılıb. Müəssisə (dövlət mülkiyyətinə - red.) qaytarılacaq", - mənbə qeyd edib.

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

Ordu.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

***

Dağıstan başçısının və hökumətinin administrasiya binasında axtarışlar aparılır.

Ordu.az-ın məlumatına görə, bu barədə TASS mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, axtarışlar Dağıstan dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində aparılır.

Regionun güc strukturlarındakı digər mənbə qeyd edib ki, axtarışlar Maqomedova qarşı açılmış cinayət işi çərçivəsində bir neçə ünvanda aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağıstan   Axtarış  


Bizi "telegram"da izləyin