Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində dörd ədəd “Inspector 90” insansız dəniz platforması “Seascan” və “K-Ster” mina aşkarlama və məhv etmə sistemlərinin təhvil verilməsi nəzərdə tutulur.
Sistemlər “KRI Pulau Fani” və “KRI Pulau Fanildo” adlı iki yeni MCM gəmisindən idarə olunacaq. Bütün komponentlər uzaqdan işləyəcək və “Exail”in “Umisoft” proqram təminat paketi ilə dəstəklənən birləşmiş komanda və nəzarət mərkəzi vasitəsilə idarə olunacaq.
Platformaların döyüş məlumat mərkəzlərində quraşdırılan C2 sistemi vəzifə planlaması, real vaxtda idarəetmə, çoxsaylı platforma koordinasiyası və vəzifə sonrası məlumatların təhlilini dəstəkləyəcək.
“Exail” şirkətindən Jerom Bendell bu barədə belə deyib: “Bu yeni nailiyyət hər bir donanmanın özünəməxsus əməliyyat ehtiyaclarına uyğun olaraq dizayn edilmiş modul MCM həllimiz olan UMIS-in gücünü göstərir. Onun çevikliyi müxtəlif mina müharibəsi vəzifələri üçün konfiqurasiya oluna bilən, genişlənə bilən və yüksək performanslı insansız sistemlərin təchizatını təmin edir”.
Sistemlərin təhvil verilmə və inteqrasiya tarixləri açıqlanmayıb. Sistemlərin İndoneziyanın arxipelaq suları boyunca vacib dəniz yollarını təhlükəsizləşdirmə qabiliyyətini artırması gözlənilir.
“Exail”ə görə, bu seçim Hind-Sakit okean regionunda çevik, insansız MCM qabiliyyətlərinə artan marağı əks etdirir. Şirkətin UMIS arxitekturası daha əvvəl bir sıra Avropa donanmaları tərəfindən də qəbul olunmuşdu.
Sevinc Əliyeva
Ordu.az