Ordu.az xəbər verir ki, Almaniya hökumətinin başçısı bu fikrini Amerika televiziya şirkəti CNN-ə müsahibəsində ifadə edib.
“Təsir dəhşətlidir”, – o, Amerika rüsumlarının Almaniyanın avtomobil sənayesinə necə təsir etdiyini qiymətləndirməsi istəndikdə bildirib.
“Ümid edirəm ki, bu ticarət münaqişəsində həll yolu tapacağıq. Nəticədə bu hamımız üçün təhlükə yaradır”, – Merts qeyd edib və yay ərzində ticarət anlaşmazlıqlarının həll ediləcəyinə ümid etdiyini söyləyib.
O əlavə edib ki, Berlin və Vaşinqton rüsumlar mövzusunda “danışıqlar aparmaq üçün hər tərəfdən nümayəndələr” təyin edəcəklər. “Lakin bunu Avropa səviyyəsinə çıxarmaq lazımdır, çünki ticarət siyasəti Aİ-nin məsuliyyət sahəsinə aiddir. Biz Aİ-nin bir hissəsiyik və konstruktiv rol oynamağa çalışırıq”, – Almaniya kansleri vurğulayıb.
Qeyd edək ki, iyunun 5-də Vaşinqtonda Tramp və Merts arasında görüş keçirilib, liderlər o cümlədən Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri müzakirə ediblər.