Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri və kollektivi Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR

2025/06/su_9-1749145189.jpg
Oxunub: 445     21:29     05 İyun 2025    
“Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Ordu.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Fəxri-xiyaban   Ziyarət  


Bizi "telegram"da izləyin