Si Cinpin ABŞ-ni Çinə qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırıb

2024/09/1725427337.jpg
Oxunub: 377     20:15     05 İyun 2025    
Cenevrə ticari-iqtisadi danışıqlarından sonra ABŞ Çini məhdudlaşdıran neqativ tədbirləri ləğv etməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib.

“Cenevrə danışıqlarından sonra Çin əldə olunmuş razılaşmanın müddəalarını ciddi şəkildə həyata keçirdi, ABŞ əldə olunan irəliləyişi real qiymətləndirməli və Çinə qarşı görülən mənfi tədbirləri aradan qaldırmalıdır”, - Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.

Onun sözlərinə görə, Çin-Amerika münasibətlərinin gedişatını düzəltmək üçün sükanı düzgün tutmaq və istiqaməti düzgün təyin etmək, eləcə də hər cür maneələri və pozuntuları aradan qaldırmaq lazımdır.

Daha əvvəl Tramp söhbətin ardınca sosial şəbəkədə ABŞ və Çinin yaxın vaxtlarda ticarət razılaşması ilə bağlı görüş keçirəcəyini yazmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin