Kallas NATO ölkələrinin müdafiə xərclərini 2 faiz artıra biləcəyini açıqlayıb

2025/04/1745916768.jpg
Oxunub: 388     17:16     05 İyun 2025    
“NATO-ya üzv ölkələr müdafiə xərclərinin artırılmasında maraqlıdır. İspaniya, Lüksemburq, eləcə də bir sıra digər dövlətlər ilin sonunadək müdafiə xərclərində 2 faizlik artım göstəricisinə çatmaq istəyir”.

Ordu.az-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas keçirdiyi brifinqdə deyib.

O eyni zamanda Ukraynaya dəstəyin 5 faiz həcmində artırılması ilə bağlı fikirləri şərh edib:

“Rəqəmlər və alyansın malik olduğu imkanlar bir-birindən fərqli anlayışlardır. Ukraynanın müdafiəsi və Şimali Atlantika Alyansının müdafiəsinin təşkili eyni anlayışlardır. O ki qaldı 5 faizlik artım göstəricisinə, bu barədə yekun qərarı NATO verəcək”.

K. Kallas Rusiyanın dinc əhalini hədəfə alması faktlarına toxunaraq, bununla Ukraynaya daha çox zərər vurulmasının hədəfləndiyini söyləyib:

“Dinc sakinlərə və mülki infrastruktura mütəmadi hücumların təşkili beynəlxalq humaitar hüquqa ziddir. Rusiya bunu hər zaman edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   NATO  


Bizi "telegram"da izləyin