GE və “Kratos” yeni nəsil PUA-lar üçün GEK1500 mühərrikini hazırlayır

2025/06/1749108708.jpg
Oxunub: 430     20:21     05 İyun 2025    
“GE Aerospace” və “Kratos” ABŞ Hərbi Hava Qüvvələrinin “aşağı qiymətli və birgə” Pilotsuz Uçuş Aparatı (PUA) (CCA – Collaborative Combat Aircraft) konsepsiyası üçün yeni mühərrik hazırladıqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, yeni mühərrik GEK1500 adlandırılıb və 1500 funt itələmə gücünə malik olacaq.

GE rəsmiləri ilk prototipin 2026-cı ildə sınaqdan keçirilməsinin planlaşdırıldığını açıqlayıblar. GEK1500 ötən il “Farnborough Airshow”da təqdim edilən 800 funt itələmə gücünə malik GEK800 mühərrikinin arxitekturasına əsaslanır.

GEK800 ilk növbədə qanadlı raketlər kimi sərf edilə bilən platformaları hədəfləyirdi. Bununla belə, GEK1500 daha uzun mənzil və daha yüksək performans tələb edən PUA-lar üçün təkrar istifadə edilə bilən və ya məhdud ömürlü həllər təmin etmək üçün optimallaşdırılıb.

GE və “Kratos” vurğulayırlar ki, turboreaktiv mühərrikləri məhdud səmərəliliyi və yüksək yanacaq sərfiyyatı səbəbindən CCA konsepsiyası üçün qeyri-adekvatdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GE   Kratos   PUA  


Bizi "telegram"da izləyin