Mərakeş İsrail istehsalı olan 105 mm və 120 mm-lik qüllələr almağı düşünür

2025/06/1749031326.jpg
Oxunub: 512     19:41     05 İyun 2025    
Mərakeş Hindistanda yerləşən “Tata Corporation”dan satın aldığı “WhAP” 8x8 zirehli personal daşıyıcıları (APC) üçün 105 mm və 120 mm çaplı qüllə sistemləri almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hindistanın müdafiə xəbər platforması IDRW-nin məlumatına görə, bu kontekstdə əsas tədarükçü İsrailin müdafiə şirkəti “Elbit Systems”dir.

“Tata” və Mərakeş arasında 2024-cü ilin sentyabrında imzalanan müqavilə Mərakeşdə 150 ədəd “WhAP” 8x8 avtomobilinin yerli istehsalını nəzərdə tutur.

Bu müqavilə Hindistanın müdafiə sənayesi üçün böyük ixrac uğuru olub. “Tata” istehsalı olan “WhAP” Çinin “Type 08” zirehli vasitəsinə qalib gəlib.

Qeyd edək ki, Mərakeş bundan əvvəl “Elbit Systems”dən 370 milyon dollar dəyərində “Atmos” 155 mm-lik özüyeriyən haubitsa sistemlərini satın alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   İsrail  


Bizi "telegram"da izləyin