ABŞ-nin “F-15E Strike Eagle” döyüş təyyarəsi 42 ədəd lazerlə idarə olunan 70 mm-lik APKWS II raketi ilə görüntülənib

2025/06/1749031269.jpg
Oxunub: 410     19:00     05 İyun 2025    
Bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-15E Strike Eagle” döyüş təyyarəsi 42 ədəd lazerlə idarə olunan 70 mm-lik APKWS II raketi ilə görüntülənib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Xüsusilə husilərin Pilotsuz Uçuş Aparatı (PUA) sistemləri ilə mübarizə aparmaq üçün addımlar atan ABŞ həll yolunu APKWS II-də tapıb.

Bu gün “AIM-9X Sidewinder” raketinin qiyməti təxminən 450.000 dollar, AIM-120 AMRAAM raketinin qiyməti isə 1 milyon dollardan çoxdur.

Buraxılan PUA və ya kamikadze sistemlərinin qiyməti 10.000 dollardan bir qədər çoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-15E   Strike-Eagle  


Bizi "telegram"da izləyin