“Saab” “Visby” sinfinə məxsus korvetlər üçün “Sea Ceptor” inteqrasiyasına başlayır

2025/06/Ekran-1749031206.jpg
Oxunub: 449     18:29     05 İyun 2025    
İsveç Müdafiə Materialları İdarəsi (FMV) ilə imzalanmış təqribən 1,6 milyard İsveç kronu dəyərində müqavilənin bir hissəsi olaraq, “Saab” 5 “Visby” sinfinə məxsus korveti MBDA istehsalı olan “Sea Ceptor” hava hücumundan müdafiə sistemi ilə təchiz edəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Modernləşdirmə FMV-nin uzunmüddətli texniki xidmət və yeniləmə strategiyasına uyğun olaraq həyata keçirilir.

“Sea Ceptor”un inteqrasiyası ilə platformalar təkcə öz ətraflarını deyil, həm də daha geniş fəaliyyət sahəsini əhatə edə biləcək.

Mövcud silah sistemləri ilə müqayisədə daha uzun mənzilli döyüş qabiliyyəti təqdim edəcək bu sistem İsveçin sahil müdafiə arxitekturasını yenidən formalaşdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   Visby   Sea-Ceptor  


Bizi "telegram"da izləyin