Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hesabata görə, şirkət satış gəlirlərində və ixracatında əhəmiyyətli artımlar qeydə alaraq, Türkiyənin müdafiə sənayesindəki milli gücünü gücləndirməyə davam edib.
“Ar-Ge” sərmayələri və yeni məhsul təqdimatları ilə diqqət çəkən MKE A.Ş. qlobal arenada mövqeyini gücləndirməyi hədəfləyir.
Türkiyə müdafiə sənayesinin köklü təşkilatlarından biri olan “Makine ve Kimya Endüstrisi A.Ş.” 2024-cü ildə maliyyə və əməliyyat baxımından diqqətəlayiq bir performans nümayiş etdirib.
Şirkətin nəşr olunan fəaliyyət hesabatına görə, 2024-cü ildə satışlar əvvəlki ilə nisbətən 90% artaraq, 39,75 milyard lirəyə çatıb.
Bu təsirli artım şirkətin həm daxili, həm də beynəlxalq bazarlarda effektivliyini artırmasının göstəricisi hesab olunur.
Sevinc Əliyeva
Ordu.az