Ukrayna Krım körpüsünü partladıb - VİDEO

2025/06/1748950831.jpg
Oxunub: 741     15:38     03 İyun 2025    
Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partladıb.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Körpü qəzalı vəziyyətə düşüb.

Əməliyyatın bir neçə ay davam etdiyi bildirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin agentlərinin “Rusiya Federasiyasının qanunsuz olaraq inşa etdiyi körpünün dayaqlarını minaladıqları” qeyd olunub.

Nəticədə, 3 iyun tarixində hər hansı mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.

“Xüsusən düşmənin qoşunlarını təmin etmək üçün logistik arteriya kimi istifadə etdiyini nəzərə alsaq, Krım körpüsü tamamilə qanuni hədəfdir, Krım Ukraynadır və işğalın istənilən təzahürü bizim sərt cavabımızı alacaq”, - Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Malyuk qeyd edib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krım  


Bizi "telegram"da izləyin