Almaniyada "Rus evi"nin bağlanması və daha çox rusiyalı diplomatın ölkədən çıxarılması təklif edilib

2025/06/1748932188.jpg
Oxunub: 373     10:21     03 İyun 2025    
Berlindəki "Rus evi və Almaniyadakı Rusiyanın diplomatik və mədəni fəaliyyəti ilə bağlı digər obyektlər bağlanmalıdır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Handelsblatt" qəzeti Almaniyanın Xristian-Demokratik İttifaqından (XDİ) olan parlament üzvü Roderix Kizevetterin sözlərinə istinadən yazır.

O, həmçinin Moskva tərəfindən kiber hücumların və təxribat aktlarının artması fonunda ölkədən daha çox sayda Rusiya diplomatının çıxarılmasının zəruri olduğunu bildirib.

"Biz qalan bütün agentləri və diplomatları ölkədən çıxarmalıyıq", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rus-evi  


Bizi "telegram"da izləyin