Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
Müqavilə mühəndislik dəstəyi və obyekt inteqrasiyası xidmətlərini əhatə edir.
SLCM-N proqramı Rusiya və Çin kimi ölkələrin taktiki nüvə imkanlarının artmasına cavab olaraq yenidən başladılıb.
Bu sistem bəzi esmineslərə və dəniz platformalarına, xüsusən də “Virginia” sinfinə məxsus sualtı qayıqlara az məhsuldar nüvə başlıqlarını daşımaq imkanı verəcək.
Raketlərin 1000 km-dən çox mənzilə, dəqiq istiqamətləndirmə sistemlərinə və radarlardan yan keçə bilən aşağı hündürlükdə uçuş qabiliyyətinə malik olacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az