Yunanıstan HDQ yeni nəsil sualtı qayıq proqramı üçün tələbləri açıqlayıb

2025/05/1748669804.jpg
Oxunub: 555     18:19     04 İyun 2025    
Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) öz inventarındakı köhnə “Type 209” sinfinə məxsus sualtı qayıqları əvəz etməsi planlaşdırılan yeni nəsil sualtı qayıqlar üçün texniki və əməliyyat tələblərini ictimaiyyətlə bölüşüb.

Ordu.az xəbər verir ki, açıqlamalar 2025-ci il mayın 22-də Böyük Britaniyanın Farnboro şəhərində keçirilən CNE 2025 tədbirində verilib.

Yunanıstan HDQ Baş Qərargahının Silahlanma Departamentinin rəis müavini Konstantinos Tourkantonis tərəfindən edilən təqdimatda həm sualtı qayıq parkının mövcud vəziyyəti, həm də gələcək hədəfləri ətraflı şəkildə açıqlanıb.

Yunanıstan 4 yeni nəsil sualtı qayıq almağı və bu prosesdə yerli istehsal gücünü işə salmağı planlaşdırır.

Alınması ehtimal edilən sistemlər arasında Fransanın “Naval Group” şirkətindən “Scorpène” və “Barracuda” sinifləri, Almaniyanın TKMS şirkətindən “Type 218” və “Type 209NG” modelləri, habelə İsveçin “Saab” şirkəti tərəfindən hazırlanan A26 sinfi var.

Hazırda Yunanıstan HDQ-nin inventarına 4 ədəd “Type 214” sinfinə məxsus “Papanikolis”, 1 ədəd modernləşdirilmiş “Type 209/1500 Okeanos”, 3 ədəd “Type 209/1200 Poseidon” və 1 ədəd “Type 209/1100 Glafkos” sinfinə məxsus sualtı qayıq daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HDQ  


Bizi "telegram"da izləyin