“Indra” “Nemus” radarını “Leopard” tanklarında sınaqdan keçirib

2025/05/1748502741.jpg
Oxunub: 429     17:41     05 İyun 2025    
“Indra” İspaniya ordusunun Saraqosadakı mərkəzində “Leopard” əsas döyüş tanklarında “Nemus” aktiv müdafiə radar sisteminin çöl sınaqlarını uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, sınaqlara İspaniya ordusunun şəxsi heyəti və “Indra”nın mühəndis qrupu nəzarət edib.

Sınaqların məqsədi “Nemus” radar sisteminin “Leopard” tank platforması ilə inteqrasiyasını yoxlamaq olub.

“Nemus” Avropada öz növünün ən qabaqcıl radar sistemi hesab olunur. O, Pilotsuz Uçuş Aparatlarını (PUA), mikro PUA-ları, tanka yaxınlaşmaqda olan müxtəlif mərmiləri, o cümlədən tank əleyhinə raketləri, əl qumbaralarını və supersəs kinetik sursatları aşkar edir, müəyyən edir və izləyir.

Sistem mexanikləşdirilmiş avtomobillərdə və tanklarda istifadə üçün nəzərdə tutulmuş yığcam və yüngül çəkili AESA radarı üzərində qurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Indra   Nemus   Leopard   İspaniya  


Bizi "telegram"da izləyin