Rusiya Ukraynaya qarşı FPV tipli PUA müharibəsində qalib gəlir?

2025/05/1748247015.jpg
Oxunub: 509     14:58     02 İyun 2025    
Rusiya Ukrayna ilə davam edən müharibədə orta mənzilli Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalı və istifadəsində üstünlük əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Xüsusilə yeni nəsil FPV tipli PUA-lar və onların fiber optik idarə olunan versiyaları cəbhə xəttində və döyüş taktikasında köklü dəyişikliklərə səbəb olub.

Məlumatda ukraynalı piyada tabor komandirinin açıqlamaları yer alıb: “PUA-ların gətirdiyi dəyişiklik o qədər sürətlidir ki, bir ay əvvəl tətbiq etdiyimiz taktika artıq işləmir”.

Ukraynalı komandir vurğulayıb ki, təkcə son bir həftə ərzində Rusiya PUA-larının uçuş məsafəsi 4 kilometr artıb. Bildirilir ki, bu inkişaf Rusiyanın bu sahəyə təsirini artırdığını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   FPV   PUA  


Bizi "telegram"da izləyin