Boliviya polisi keçmiş prezidentin tərəfdarlarına gözyaşardıcı qaz tətbiq edib

2025/05/1747458926.jpg
Oxunub: 408     08:41     17 May 2025    
Boliviyada polis La-Pasda keçirilən etiraz aksiyaları zamanı ölkənin keçmiş prezidenti Evo Moralesin tərəfdarlarına qarşı gözyaşardıcı qaz tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Etirazlara ölkənin Konstitusiya Məhkəməsinin Moralesin daha seçkilərdə iştirak edə bilməyəcəyinə dair qərarı səbəb olub.

Nümayişçilər iki polis kordonunu yarıb, Ali Seçki Məhkəməsinin yerləşdiyi Abaroa meydanına daxil olublar.

“Etirazçılar meydana çata biliblər, polis isə gözyaşardıcı qazdan istifadə edib”, - qəzet yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boliviya   Polis  


Bizi "telegram"da izləyin