Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib

2025/05/1747458396.jpg
Oxunub: 456     05:11     17 May 2025    
Fransa Seneqaldakı üçüncü bazasından hərbi kontingentinin çıxarılmasını başa çatdırıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Fransanın Afrika ölkəsindəki səfirliyinin bəyanatında deyilir.

"Fransa tərəfi Dakar limanında yerləşən Kontr-Amiral-Prote bölgəsindəki bazanı Seneqal tərəfinə təhvil verib", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl, martın 7-də Mareşal və Sent-Ekzüperi bazaları geri qaytarılıb. Qalan obyektlər yaya qədər müəyyən edilmiş qrafikə uyğun olaraq Seneqal tərəfinə veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Kontingent   Seneqal  


Bizi "telegram"da izləyin