AKP rəsmisi: Tramp Ərdoğanla müntəzəm danışığa önəm verir

2025/05/1747457500.jpg
Oxunub: 360     00:48     17 May 2025    
ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müntəzəm danışığa əhəmiyyət verir.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.

O, bildirib ki, Tramp bu məsələyə xüsusi diqqət edir: “Müzakirələrin xüsusi protokolu var. Amma protokollar artıq aradan qalxıb”.

Ö.Çəlik həmçinin xatırladıb ki, Tramp Ərdoğanla son telefon danışığında Türkiyəyə gəlmək istədiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ərdoğan  


Bizi "telegram"da izləyin