Zelenski: Danimarka Ukraynaya 26-cı hərbi yardım paketini hazırlayır

2025/04/1744912190.jpg
Oxunub: 898     23:52     16 May 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın paytaxtı Tiranada Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşüb.

Ordu.az xəbər verir ki, Zelenski görüşün nəticələri barədə teleqramda yazıb.

“Danimarkanın Baş naziri Mette Frederiksenlə yaxşı görüş keçirdik. Hərbi dəstəyin davam etdirilməsi və Ukraynanın müdafiə-sənaye kompleksinə birbaşa investisiyalar barədə danışdıq. Danimarka ölkəmizə dəstək göstərən ölkələrdən biridir və Ukrayna üçün artıq 26-cı hərbi yardım paketini hazırlayır”, - Zelenski bildirib.

Onun sözlərinə görə, tərəflər İstanbulda keçirilən danışıqları, ABŞ və Avropa tərəfdaşları ilə diplomatik səylərin koordinasiyasını da müzakirə ediblər.

“Bu ilin iyulunda Danimarka Aİ Şurasına sədrliyi üzərinə götürəcək. Biz Avropa inteqrasiyasında dəstəyə ümid bəsləyirik və bu məsələni görüş zamanı müzakirə etdik”, - Ukrayna lideri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin