BMT Rusiya və Ukrayna arasında İstanbulda birbaşa danışıqları alqışlayır

2025/05/1747417416.jpg
Oxunub: 494     21:28     16 May 2025    
BMT Rusiya və Ukrayna arasında üç ildə ilk dəfə İstanbulda keçirilən birbaşa danışıqları alqışlayır.

Ordu.az-ın məlumatına görə, bu barədə dünya təşkilatının baş katibinin nümayəndəsinin müavini Stefani Tremble deyib.

"Biz bugünkü danışıqları, son üç ildə ilk belə birbaşa danışıqları, o cümlədən potensial atəşkəs və genişmiqyaslı məhbus mübadiləsini alqışlayırıq. Biz bu müzakirələrin aparılmasında Türkiyə və ABŞ-nin mühüm rolunu qeyd edir və ümid edirik ki, bu proses Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracaq ki, bu da BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Ukraynada ədalətli, hərtərəfli və davamlı sülh üçün şərait yaradılması istiqamətində əsas addım olacaq", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin