Ukrayna XİN: Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi

2025/05/1747415909.jpg
Oxunub: 507     20:43     16 May 2025    
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

“Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi. İnanın, 2014-cü ildən bəri ruslarla hər cür danışıqlarda böyük təcrübəmiz var. Çoxlu raundlar olub, ona görə də, deyərdim ki, Ukrayna nümayəndə heyəti o tərəfdən səsləndirilə biləcək hər şeyə necə cavab verməli olduğunu yaxşı bilir”, - o deyib.

Tixiyin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin