Ordu.az-ın məlumatına görə, o, Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bunu bəyan edib.
"Bildiyiniz kimi, ötən gün Ankarada idim. Buna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirirəm. Mən istər İstanbulda, istərsə də Ankarada Prezident Vladimir Putinlə danışıqlara hazır idim. Bu münaqişəni tam şəkildə başa çatdırmağa hazır idim. Lakin hamınızın gördüyü kimi, bu baş vermədi, çünki Putin özü gəlmədi, yalnız nümayəndə heyəti göndərdi", - V.Zelenski bildirib.
Ordu.az