Cey Di Vensin nümayəndə heyəti İran təmsilçiləri ilə danışıqlardan sonra Bürgenştoku tərk edib

2026/05/1779220069.jpg
Oxunub: 209     22:11     22 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin nümayəndə heyəti İran nümayəndələri ilə keçirilən danışıqlardan sonra Bürgenştoku tərk edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının fəaliyyətini mütəmadi işıqlandıran jurnalistlər qrupuna istinadən məlumat yayılıb.

Məlumata görə, Vensin avtomobil karvanı yerli vaxtla təxminən saat 19:00-da Emmen hərbi bazasına yollanıb. Vitse-prezident iyunun 21-də Bürgenştokda keçirilən görüşlərdə iştirak etməzdən əvvəl məhz həmin bazaya gəlmişdi.

Danışıqların məzmunu barədə əlavə məlumat açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin