Filippində minaatan mərmisinin partlaması nəticəsində bir uşaq ölüb, iki uşaq yaralanıb

2026/06/1782151899.jpg
Oxunub: 192     22:08     22 İyun 2026    
Filippinin Mindanao adasındakı Kotabato əyalətində 40 millimetrlik minaatan mərmisinin partlaması nəticəsində 10 yaşlı oğlan həlak olub, daha iki uşaq isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Filippinin “Inquirer” nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə bazar ertəsi günorta saatlarında baş verib. Əyalət polis rəisinin sözlərinə görə, uşaqlar ehtimal ki, partlamamış sursatla oynayıb və ona daşla vurublar. Nəticədə sursat partlayıb.

Yaralanan uşaqlar xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.

Polis gələcəkdə bu cür faciələrin qarşısını almaq üçün sakinləri aşkar etdikləri hər hansı şübhəli əşya barədə dərhal hakimiyyət orqanlarına məlumat verməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Minaatan  


Bizi "telegram"da izləyin