“İran mümkün saziş çərçivəsində silah yoxlamalarına razılıq verəcək” - Tramp

2026/06/1781685418.jpg
Oxunub: 206     22:07     22 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın mümkün razılaşma çərçivəsində genişmiqyaslı silah yoxlamalarına razılıq verəcəyini düşündüyünü bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, “hamı çox yaxşı anlayır” ki, Tehran uzunmüddətli perspektivdə “nüvə dürüstlüyünü” təmin etmək məqsədilə iri silah sistemlərinin yoxlanılması şərtlərini qəbul edəcək.

ABŞ Prezidenti hesab edir ki, bu addım gələcək mümkün sazişin əsas elementlərindən biri ola bilər və tərəflər arasında etimadın formalaşmasına töhfə verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tramp  


Bizi "telegram"da izləyin