Ordu.az xəbər verir ki, layihənin həyata keçirilməsi üçün təxminən 3 milyon avro vəsait ayrılıb.
Qurumun məlumatına görə, Müdafiə Resursları Agentliyi iştirakçıların müraciətlərini iyulun 10-dək qəbul edəcək.
Layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə qırıcı platformanın prototipini hazırlayacaq üç iştirakçının seçilməsi nəzərdə tutulur. İkinci mərhələdə isə yaradılmış texnikanın sınaq partiyasının satın alınması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az