"ABŞ F-55 döyüş təyyarəsi üzərində işə başlaya bilər" – Tramp

2025/05/1746768021.jpg
Oxunub: 484     09:22     16 May 2025    
ABŞ Prezidenti Donald Tramp F-55 adlı yeni döyüş təyyarəsinin yaradılması və beşinci nəsil F-22 Raptor qırıcısının dərin modernləşdirilməsi imkanlarını nəzərdən keçirdiklərini açıqlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi prezidentin Qətərdə yerləşən Əl-Udeyd aviabazasında çıxışı zamanı verdiyi bəyanata istinadla xəbər verir.

“Biz F-55 təyyarəsini yaradacağıq. Düşünürəm ki, əgər qiyməti düzgün əldə etsək – bu, iki mühərrikli və F-35-in super təkmilləşdirilmiş versiyası olacaq. Sonra isə F-22 ilə bağlı planlarımız var”, – Tramp bildirib.

Onun sözlərinə görə, yeni təyyarə F-35-dən daha güclü ola bilər. Qeyd edək ki, F-35-in yalnız bir mühərriki var, Tramp isə iki mühərrikli dizayndan bəhs edib. Bu isə tamamilə yeni və daha ağır sinfə məxsus döyüş təyyarəsinin hazırlanmasına işarədir.

Ekspertlər hesab edirlər ki, F-55 layihəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin daşıyıcılarda istifadə edilən F/A-18 qırıcısının əvəzlənməsi məqsədi daşıyan F/A-XX proqramı ilə əlaqəli ola bilər. Bu isə altıncı nəsil döyüş təyyarəsinin inkişafı deməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   F-55  


Bizi "telegram"da izləyin