Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində ayrı-ayrı Rusiya bankları, gəmiçilik şirkətləri, həmçinin enerji sektoruna qarşı məhdudiyyətlər tətbiq edə bilər.
Ordu.az-ın məlumatına görə, bu barədə “Bild” qəzeti hökumət dairələrindəki mənbələrə istinadən xəbər verir.
Bildirilib ki, Aİ Rusiya qazının tədarükündən tamamilə imtina etməyi planlaşdırır. Nəşr yazır ki, hazırda Avropa İttifaqına LNG-nin təxminən 20 %-i Rusiyadan daxil olur. Həmçinin birlik ölkələri Fransa ilə Rusiyadan atom elektrik stansiyaları üçün uran idxalının məhdudlaşdırılması barədə danışıqlar aparır.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Aİ
Rusiya
Uran