Gerasimov Şimali Koreya hərbçilərinin Kursk vilayətində Ukraynaya qarşı döyüşdüklərini təsdiqləyib

2018/12/46637-1544615738.jpg
Oxunub: 582     15:12     26 Aprel 2025    
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Koreya Xalq Demokratik Respublikası hərbçilərinin Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirakını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində Koreya Xalq Demokratik Respublikasının hərbçilərinin iştirakını qeyd etmək istəyirəm. Onlar ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda bizə əhəmiyyətli kömək göstəriblər", - V.Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məruzəsi zamanı bildirib.

V.Gerasimov, həmçinin Ukraynanın Sumı vilayətinin sərhədyanı rayonlarında təhlükəsizlik zonasının yaradıldığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gerasimov   Şimali-Koreya  


Bizi "telegram"da izləyin