Ağ Ev Tramp-Zelenski görüşü barədə açıqlama yayıb

2025/04/1745470777.jpg
Oxunub: 497     14:51     26 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Romada keçirilən görüş məhsuldar olub.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stiven Çun “Reuters” agentliyinə açıqlama verib.

"Onlar bu gün özəl şəkildə görüşdülər və çox məhsuldar bir söhbət apardılar", – deyə Ağ Evin nümayəndəsi qeyd edib.

Çun əlavə edib ki, görüşün digər detalları bir müddət sonra açıqlanacaq.

Bundan əvvəl "The New York Times" (NYT) qəzeti Zelenski Romada keçiriləcək görüş zamanı Trampa münaqişənin həlli ilə bağlı təkliflər təqdim edə biləcəyini yazırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin